“Netflix”in filmi Bakıda çəkildi

Netflix

Netflix

17 yanvar 2022
# 13:17

Dubai Expo sərgi məkanının “Terra Auditorium” zalında Azərbaycan Film Komissiyasının (“Filming Azerbaijan”) təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, təqdimat mərasimində müxtəlif ölkələrin film sektorunun nümayəndələri iştirak ediblər.

Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov tədbirdə çıxış edərək bu təşəbbüsün Azərbaycanın “film turizmi” potensialını üzə çıxaracağını, ölkəmizə bu istiqamətdə sərmayəni artıracağını və iqtisadi baxımdan əlverişli imkanlar yaradacağını qeyd edib. O, yarandığı bir il ərzində Film Komissiyasının artıq ABŞ, Türkiyə, Hindistan, Livan və digər ölkələrin kinematoqrafçıları ilə Azərbaycan ərazisində film çəkilişini təşkil etdiklərini dilə gətirib: "2021-ci ildə “Netflix” platforması ilə əməkdaşlıq nəticəsində ABŞ istehsalı olan böyük büdcəli bir filmin çəkilişlərinin bir hissəsi Bakıda aparılıb".

Qeyd edək ki, Azərbaycan Film Komissiyası 2021-ci ilin yanvar ayında Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisində film çəkilişlərinə dəstək və təşviq məqsədilə yaradılıb. Milli kinematoqrafiyanın inkişaf etdirilməsi və dünya kinosuna inteqrasiyası baxımından çox vacib olan bu addım kino sənayesində böyük dəyişikliklərə səbəb olacaq.

# 3367 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər