Nəşr məhsulları ilə bağlı müsabiqənin nəticəsi açıqlandı

Nəşr məhsulları ilə bağlı müsabiqənin nəticəsi açıqlandı
25 dekabr 2023
# 18:07

Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların kitab fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə 2023-cü il iyulun 24-də elan olunan “Nəşrlərin satın alınması müsabiqəsi”nin nəticələri müəyyənləşib.

Kulis.az xəbər verir ki, şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqə nazirlik tərəfindən yaradılan Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satın alınması üzrə Komissiya tərəfindən həyata keçirilib.

Komissiya müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitabları qiymətləndirib, eyni zamanda kitabxanaların təqdim etdiyi oxucuların sorğu kitabçasına əsasən hazırlanmış statistik məlumatları nəzərə alıb.Müsabiqəyə təqdim olunan nəşrlər arasından komissiya tərəfindən 546 adda kitab (41 098 nüsxə) kitabxana fondlarının komplektləşdirilməsi baxımından məqsədəuyğun hesab edilərək satın alınmasına qərar verilib.

Kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi məqsədilə komissiyanın seçiminə əsasən, “Qanun”, “Teas Press”, “Hədəf” nəşrləri”, “Everest”, “Təhsil”, “Ağıllı bala”, “Ting”, “Parlaq imzalar”, “Mücrü”, “MİMTA”, “Libra”, “Qələm”, “Qələm Çingizoğlu”, “Qədim Qala”, “Kosmo”, “Jeko Print”, “Xan”, “Alatoran”, “Altun kitab”, “Başla kitab”, “Bookzone Group”, “Çapar”, “Əli və Nino”, “AVE Print”, “Kitabçı” nəşriyyatlarından və Bakı Musiqi Akademiyasından kitabların alınması həyata keçiriləcək.

Xatırladaq ki, nazirlik tərəfindən bu il kitabxanalarda daha çox tələbat olan və uzun illər kitabxanalara göndərilməyən elmi və elmi-kütləvi nəşrlərin satın alınmasına üstünlük verilib. Komissiyanın qərarı ilə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, filologiya elmləri doktoru İslam Sadıqov, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Tehran Əlişanoğlu, ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyev, tarix elmləri doktoru Fərhad Cabbarov, yazıçı Qüdrət Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru Elşən Bayramzadə, yazıçı Əlisgəndər Salamov, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru İlhami Cəfərsoy, Əməkdar mədəniyyət işçisi Aygül Qaradağlı, Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, tədqiqatçı, yazıçı Adıgözəl Məmmədov və yazıçı, tərcüməçi Emin İmanlıdan kitablar satın alınır.

Eyni zamanda, 2023-cü il ərzində Mədəniyyət Nazirliyinə təqdim edilən 83 adda nəşr layihəsi komissiyanın üzvləri tərəfindən oxunaraq qiymətləndirilib. Komissiyanın qərarına əsasən, 21 adda kitabın nazirliyin nəşr planına daxil edilməsi məqsədəuyğun sayılıb

# 2183 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər