“Nəsildən-nəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda təşkil olunub

“Nəsildən-nəslə teatr”  layihəsinin növbəti seminarı Lənkəranda təşkil olunub
16 iyul 2025
# 14:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsi davam edir.

Kulis.az xəbər verir ki, iyulun 15-də layihə üzrə növbəti seminar Lənkəran şəhər Q.Vəliyev adına Mədəniyyət Mərkəzində keçirilib. Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşən seminar “Aktyor sənəti: ənənə və müasirlik dilemması” mövzusuna həsr edilib.

Layihənin budəfəki qonağı Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyev olub.

Əvvəlcə mərkəzin əməkdaşları Dağlar Yusifov və Nicat Həsənzadə çıxış edərək “Nəsildən-nəslə teatr” layihəsinin bölgələri də əhatə etməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu qəbildən layihələr regionda teatr sənətinə marağın artırılması ilə yanaşı, vətəndaşların sənət anlayışının, estetik zövqünün zənginləşməsinə də töhfə verir.
Xalq artisti Qabil Quliyev sənət yolu haqqında söz açıb, teatr və tamaşaçı münasibətlərindən danışıb. O, aktyor sənətinin sirləri, yaradıcılıq imkanları, tamaşaçı marağı, sənətdə klassik ənənələr və müasir baxış kimi məsələlərdən də bəhs edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, “Nəsildən-nəslə teatr” layihəsinin məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla milli teatrın inkişafına töhfə vermək, həmçinin müasir beynəlxalq sənət tendensiyalarının tətbiqi ilə sahəyə marağın artırılması və gənclərin teatra cəlb olunması ilə aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.

# 1453 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər