Nəriman Həsənzadə yubileyi münasibətilə evində ziyarət olundu

Nəriman Həsənzadə yubileyi münasibətilə evində ziyarət olundu
20 fevral 2026
# 10:40

Fevralın 19-da mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, qurumun katibi İlqar Fəhmi Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə evində ziyarət ediblər.

Kulis.az xəbər verir ki, nazir Xalq şairinin zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu, oxucular tərəfindən sevildiyini bildirib, səhnəyə qoyulan əsərlərinin də böyük maraqla qarşılandığını deyib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev şairin ədəbiyyatımıza töhfələrini yüksək qiymətləndirib. Prezident İlham Əliyev də onun ədəbiyyat və mədəniyyətimizin inkişafı sahəsində mühüm xidmətlərini daim diqqət mərkəzində saxlayıb. Fevralın 18-də şairin Azərbaycanın ən ali təltifi – “Heydər Əliyev” ordeninə layiq görülməsini, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təbrik məktubu ünvanlamasının bu qayğının bariz nümunəsi olduğunu bildirib.

Adil Kərimli şairə yubileyi münasibətilə təbriklərini çatdırıb, ona Mədəniyyət Nazirliyinin Fəxri diplomunu təqdim edib.

Nəriman Həsənzadə müalicəsinə göstərilən diqqət və dəstəyə görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Xalq şairi Ulu Öndər Heydər Əliyevin adını daşıyan təltifə layiq görülməsindən qürur hissi keçirdiyini deyib.

Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri də şairə xoş arzularını çatdırıblar.

# 1309 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər