"Neftçi" azarkeşləri Prezidentdən nə istəyir?

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

16 sentyabr 2024
# 14:50

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.


Ölkədə işlər get-gedə cığırından çıxır. Hamının başı qaçıb. Hadisələrə nəzarət eləmək olmur. İt izi at izinə qarışıb.

“Formula bir” bir yandan,
COP-29 da bir yandan,
suallar, stress də bir yandan! S. O. S!

Yox, o başqa söhbət idi, qarışdırdım. Nəysə...

Bu həngamədə qarşıma xəbər çıxır:

“Neftçi futbol klubunun azarkeşləri Prezident İlham Əliyevə açıq məktub ünvanlayıb”.

Özümü saxlaya bilməyib pıkkıldayıram. Ki, bir futbol klubunun azarkeşləri Prezidentdən nə istəyə bilər?

Dözməyib xəbərə girirəm. Məktubu oxuyuram.

Uzun sözün qısası, azarkeşlər komandalarının bərbad çıxışından narazıdılar. Zarafat deyil, liqada keçirdikləri son altı oyunda bir dənə də qələbə qazanmayıblar. O gün də “Zirə”yə uduzdular.

“Yol əhvalatı” filmində Səyavuş Aslanın dediyi cümlə yadıma düşür: “Əşi, Neftçinin udan günü var ki?!”

Ölkədə kimin nə problemi olur, istəyirlər Prezident həll eləsin.

Bağçada problem olur... Prezidentə məktub!
Məktəbdə problem olur... Prezidentə məktub!
Universitetdə problem... Prezidentə məktub!

Ya nə bilim, hamı bir-birini Prezidentlə hədələyir.

İndi də bir yandan “Neftçi” azarkeşləri...

Axı Prezident bu “Neftçi”yə neyləsin?

SOCAR-ın pulu “Neftçi”də, şərait “Neftçi”də, gün-güzəran “Neftçi”də...

Başqa nə olmalıdı?

Bir dənə qalıb çıxıb yaşıl meydanda top dalınca qaçmaq, düzgün pas vermək, qapıya zərbə vurmaq.

Onu da çıxıb Prezident eləyəsidi sizin əvəzinizə?
Utanmasalar, deyəcəklər ki, “Prezident qapıda dayansın, ona heç kim qol vura bilməz”.

Olmaz axı...

Yığışdırın belə söhbətləri.

Uşaq bağçasıdı elə bil.

# 5127 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər