Nazirlikdən fəxri ad istəyən müğənnilərə cavab

Nazirlikdən fəxri ad istəyən müğənnilərə cavab
11 yanvar 2022
# 18:00

" ...Milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında verilir"

Kulis.az xəbər verir ki, bunu Nazirliyin "İncəsənət və qeyri-maddi mədəni irs" şöbəsindən Əməkdar artist, müğənni Cavanşir Məmmədovun “Xalq artisti” fəxri ad istəyinə cavab olaraq bildiriblər.

"Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli 130 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməsinə əsasən mədəniyyətimizin inkişafında xidmətləri olan incəsənət xadimlərinə fəxri adlar yaş həddinə, yaxud uzunillik fəaliyyətə görə deyil, milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında verilir".

Xatırladaq ki, əməkdar artist Cavanşir Məmmədov bir müddət əvvəl ona Xalq artisti fəxri adının verilməməsi ilə bağlı etirazını bildirmişdi:

"Nazirliklərdə rütbəni 3-5 il arasında verilir. Niyə mən 17 ildir ki, əməkdar artist adını daşıyıram? Peşman olublarsa, geri qaytarsınlar. Ulu Öndərin təqdimatında səhnəyə gəlmişəm. Şəkillərim, sənədlərim var. Bəyənirlərsə, niyə ad vermirlər? Cənab nazirdən aslı deyil. O təzə gəlib. Yəqin, xətrimi çox istəyir. Elə xalq artistləri var ki, Moskvadan o tərəf ə keçməyiblər. Bu, necə olur? 18 yaşımdan səhnədəyəm, xidmət etmişəm, öz haqqımı istəyirəm. Bəlkə, səhnə mədəniyyətim zəifdir? 151 mahnı oxumuşam, 121-i bəstəkar mahnısıdır. Azərbaycan muğamlarını, bəstəkar və estrada musiqilərimizi barmağım kimi bilirəm. Həm xalq, həm də estrada musiqilərindən xəbərdar olan yeganə müğənniyəm".

/sherg.az/

# 27598 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər