Nazirlik: Aygün Bəylərin müalicəsi ölkə rəhbərliyinin diqqət mərkəzində olub

Nazirlik:  Aygün Bəylərin müalicəsi ölkə rəhbərliyinin diqqət mərkəzində olub
7 yanvar 2024
# 14:32

Mərhum Aygün Bəylərin müalicəsi ölkə rəhbərliyinin diqqət mərkəzində olub.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

"Yanvarın 6-da Ankarada müalicə olunduğu xəstəxanada vəfat edən Əmədar artist Aygün Bəylərin cənazəsi hazırda Ankaradan təyyarə ilə ölkəmizə gətirilir. Aygün Bəylər uzun müddət idi onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artistin səhhəti ilə əladədar məsələlər ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfindən nəzarətə götürülmüşdü və müalicəsinə zəruri dəstək göstərilirdi.

Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu Aygün Bəylər bir müddət əvvəl müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə getmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətində ağırlaşma baş verib və müğənninin həyatını xilas etmək mümkün olmayıb", - məlumatda deyilir.

# 1794 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər