Nazir korrupsiyada ittiham olunan direktor müavinini müvəqqəti işdən kənarlaşdırdı

Nazir korrupsiyada ittiham olunan direktor müavinini müvəqqəti işdən kənarlaşdırdı
28 oktyabr 2022
# 12:46

"Mədəniyyət Nazirliyinin tapşırığı və İsmayıllı Regional Mədəniyyət İdarəsinin müvafiq əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən işçilərin mənafeyini qorumaq və əmək intizamını təmin etmək məqsədilə Mərkəzin direktor müavini Lalə Novruzova işdən kənarlaşdırılıb".

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyinin əmri ilə Şamaxı İncəsənət Təhsil Mərkəzində aparılmış xidməti araşdırma nəticəsində aşkarlanan cinayət əlamətləri olan məlumatlar qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə hüquq mühafizə orqanına təqdim edilib. Hazırda Şamaxı İncəsənət Təhsil Mərkəzinin direktor müavini Novruzova Lalə Məmməd qızının təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.

Bildiririk ki, İsmayıllı Regional Mədəniyyət İdarəsinin müvafiq əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən işçilərin mənafeyini qorumaq və əmək intizamını təmin etmək məqsədilə Mərkəzin direktor müavini Lalə Novruzova işdən kənarlaşdırılıb.

Eyni zamanda vurğulayırıq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin fəaliyyətinin nizama salınması və mövcud olan neqativ halların aradan qaldırılması ilə bağlı komissiya yaradılmış, hazırda komissiya tərəfindən sözügedən Mərkəzdə lazımi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, bir neçə gün öncə APA-nın qaynar xəttinə sözügedən məsələ ilə bağlı müraciət daxil olmuşdu.

# 4442 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər