Naxçıvanda televiziya və radio yayımlarının monitorinqi aparıldı

Naxçıvanda televiziya və radio yayımlarının monitorinqi aparıldı
1 may 2025
# 14:13

Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü İsa Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 28-29-u televiziya və radio yayımlarının vəziyyətinin öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasına səfər edib.

Kulis.az xəbər verir ki, səfər çərçivəsində "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin sədri Sahil Tahirli görüş keçirilib, televiziyanın iş şəraiti ilə tanışlıq olub.

Daha sonra nümayəndə heyəti Naxçıvan Radio-Televiziya Ötürücü Mərkəzində olub. Televiziya və radio yayımının keyfiyyətinin ölçülməsi, radioverici mərkəzin təhcizatı və avadanlıqların parametrlərinə baxış keçirilib. Muxtar Respublika ərazisində TV və radio yayım keyfiyyəti öyrənilib, “DAB+” standartlı rəqəmsal radio yayımına keçilməsi imkanları nəzərdən keçirilib.

Eyni zamanda, qonşu ölkələr tərəfindən efirə müdaxilənin vəziyyətinin öyrənilməsi məqsədilə Naxçıvan Radio-Televiziya Ötürücü Mərkəzinə məxsus olan radio-televiziya yayım stansiyaları, onların yerləşmə ərazisi, dəniz səviyyəsindən hündürlüyü, antena qüllələrinin hündürlüyü barədə məlumatlar əldə edilib. Radio-televiziya yayım stansiyalarında istismar olunan televiziya və radio vericiləri, onların sayı, tipi və əsas parametrləri (nominal gücü, hazırda hasil etdiyi güc, TV yayım kanalı, yayım radiotezliyi, antenaların tipi, kombayner və ya çıxış süzgəcinin olub-olmaması) haqqında məlumatlar toplanılmış, müvafiq ölçmə işləri aparılıb.

Səfər çərçivəsində həmçinin, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli ilə görüş keçirilib.

Görüşdə Muxtar Respublika ərazisində televiziya və radio yayımlarının keyfiyyəti, qonşu ölkələrdən efirə müdaxilə, Naxçıvan Radio-Televiziya Ötürücü Mərkəzinin radio-televiziya yayım stansiyalarının təhcizat səviyyəsi müzakirə olunub. Görüş zamanı proqramların paylanması şəbəkəsinin ümumi rabitə şəbəkəsinə inteqrasiyası məsələsi barədə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova ilə də görüşüb.

Görüşdə Muxtar Respublikada regional media subyektlərinin inkişafı üçün Audiovizual Şura və Medianın İnkişafı Agentliyi tərəfindən birgə həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd edilib.

# 1448 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər