Narkotik testi müsbət çıxan Yusuf Güneydən açıqlama

Narkotik testi müsbət çıxan Yusuf Güneydən açıqlama
19 yanvar 2026
# 13:00

Məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan və test nəticələri müsbət çıxan müğənni Yusuf Güney bu dəfə də qalmaqallı açıqlamaları ilə diqqət çəkib.

Kulis.az xəbər verir ki, test nəticəsindən sonra verdiyi ilk açıqlamada özünü müdafiə edən sənətçi utanılacaq heç nə etmədiyini deyib:

"Bu ölkənin 80 faizi narkotik aludəçisidir. Mənim yaşadıqlarımın zərrəsini yaşayın, sonra danışın. Hələ də bir oyunun içində olduğunuzu görmürsünüz”.

Daha əvvəl astral səyahət etdiyini, hətta Andromeda qalaktikasında 100 yaşında sevgilisinin olduğunu iddia edən Yusuf Güney bu dəfə isə sosial şəbəkədə açdığı canlı yayımda evinə “cin tayfası” göndərildiyini deyib.

Müğənninin sözlərinə görə, hər şey 35 yaşında Ağrı şəhərindəki konsertindən sonra başlayıb:

“Astral səyahətimdən sonra bədən və zaman xaricinə keçid etdim. Əvvəl görünən varlıqlarla qarşılaşdım. Onlar mənim danışmağımı istəməyənlər idilər. Sonra gördülər ki, susmuram, bu dəfə evimə cin tayfası göndərdilər. Məqsədləri məni dəli etmək idi. Evdə oturanda gəlirdilər, onları görürdüm”.

Əvvəlcə qorxduğunu, amma zamanla yaşadıqlarına öyrəşdiyini deyən müğənni başına gələnlərin həyatına ciddi təsir etdiyini vurğulayıb:

“Adlarını deyən varlıqlar var idi. Lədün elmini bilənlər bilir, insanlara kömək edən cinlər də mövcuddur. Ağlınızın qəbul edə bilməyəcəyi şeylər yaşadım. İşimə fokuslana bilmirəm. ‘Niyə mahnı yazmırsan?’ deyirsiniz. Bunları yaşayan insan necə mahnı yazsın? Evdə yaşadıqlarımı bilsəniz… Pişiyi belə dəli etdilər”.

Qeyd edək ki, məşhurlara qarşı narkotik istintaqı davam edir.

# 1349 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər