“Mütaliə ruhu” adlı Respublika yaradıcılıq müsabiqəsi elan olundu

“Mütaliə ruhu” adlı Respublika yaradıcılıq müsabiqəsi elan olundu
22 oktyabr 2024
# 10:30

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kitab mütaliəsinə rəng qatan illüstrasiya ənənəsini unutdurmamaq məqsədilə uşaq, yeniyetmə və gənclər arasında “Mütaliə ruhu” adlı Respublika yaradıcılıq müsabiqəsi elan olunub.

Kulis.az xəbər verir ki, müsabiqə Mədəniyyət, Elm və Təhsil nazirliklərinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Xətai Sənət Mərkəzindən bildirilib ki, iştirakçılar uşaq və xalq ədəbiyyatı, müəllif əsərləri, həmçinin, təbiət və məişət mövzulu ədəbiyyat nümunələrində bəhs olunan hər hansı bir səhnə və epizodları xarakterizə etdirən illüstrasiya və ya miniatür təsvirlərlə müsabiqəyə qoşula bilər.

Müsabiqəyə ən çoxu 2 əsər göndərmək olar. Sonda münsiflər tərəfindən seçilmiş 100 əsər sərgilənəcək. Sərgidən seçilən ən yaxşı 20 əsər Xətai Sənət Mərkəzinin daimi ekspozisiyasında 2 həftə nümayiş olunacaq.

Sərgilənən əsərlərin müəlliflərinə sertifikat, fəal məktəblərə təşəkkürnamə təqdim ediləcək.

Əsərlər dekabrın 10-dək [email protected] ünvanına göndərilməlidir. Əlavə məlumat üçün 051-310-74-01 vatsap nömrəsinə yazaraq cavab almaq olar.

# 2395 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər