Müşviq Şahverdiyev məhkəməyə verildi

Müşviq Şahverdiyev məhkəməyə verildi
12 yanvar 2023
# 11:30

Tanınmış film istehsalçısı “Cinemazadeh” aktyor Müşviq Şahverdiyevi məhkəməyə verib.

Kulis.az xəbər verir ki, tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı problem yaşanıb. Şirkətin qaldırdığı iddiaya görə, məşhur aktyor “Cinemzadeh”lə film çəkilişləri ilə bağladığı müqavilənin öhdəliklərini yerinə yetirməyib. Belə ki, aktyor şirkətin film layihəsində iştirakla bağlı müqavilə imzalasa da, daha sonra çəkilişdə iştirak etməkdən imtina edib. Buna görə də şirkət Müşviq Şahverdiyevdən təzminat tələb edir.

İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılır.

Qeyd edək ki, M.Şahverdiyev daha əvvəl “Cinemzadeh”in “Ofis işi”, “Kəklikotu” kimi layihələrində yer alıb.

Qafqazinfo

# 4284 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər