Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi

Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi
19 avqust 2024
# 10:13

Avqustun 17-də dünyaca məşhur ifaçı, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 82-ci ildönümü tamam olub.

Kulis.az xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyinin nümayəndələri və tanınmış mədəniyyət xadimləri I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov, sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya çıxış edərək Müslüm Maqomayevin parlaq və zəngin yaradıcılığı barədə danışıb, onun doğma vətəni Azərbaycana çox bağlı bir sənətkar olduğunu vurğulayıblar.

Müslüm Maqomayevin təkcə müğənni yox, həm də heykəltaraş, pianoçu, rəssam, bəstəkar kimi də parlaq istedada malik olduğu qeyd edilib.

Çıxışçılar ötən əsrin 60-70-ci illərində istedadı ilə geniş şöhrət qazanan M.Maqomayevin dünyanın ən məşhur konsert salonlarında anşlaqla keçən çıxışlarından, qastrol səfərləri, zəngin yaradıcılığı, böyük tirajlarla buraxılan valları haqqında danışıblar.

Xatırladaq ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. Məşhur Azərbaycan bəstəkarı Müslüm Maqomayevin nəvəsidir. O, bir neçə beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək 1-ci yerə və "Qızıl val" mükafatına layiq görülüb. Rəhbəri olduğu simfonik orkestrlə birgə həm keçmiş Sovet İttifaqının şəhərlərində, həm də Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə konsertlər verib.

Müslüm Maqomayev 1964-cü ildə respublikanın “Əməkdar artisti”, 1971-ci ildə “Xalq artisti”, 1973-cü ildə SSRİ-nin “Xalq artisti” fəxri adlarına layiq görülüb. Əfsanəvi müğənni 1997-ci ildə müstəqil Azərbaycanın “Şöhrət”, 2002-ci ildə isə “İstiqlal” ordenləri ilə təltif olunub. Unudulmaz sənətkar 2008-ci il oktyabrın 25-də vəfat edib.

# 1634 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər