“Musiqinin cəmiyyətdə rolu” mövzusunda elmi-praktik seminar keçirildi

“Musiqinin cəmiyyətdə rolu”  mövzusunda elmi-praktik seminar keçirildi
31 oktyabr 2024
# 17:38

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Mərkəzdə “Musiqinin cəmiyyətdə rolu” mövzusunda elmi-praktik seminar keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə ADMİU-nun Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri professor, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə, kafedranın baş müəllimi Sara Timurova və kafedranın müəllimi Vəfa Abbasova, Estrada sənəti kafedrasının müdiri dosent Məryəm Babayeva bir-birindən maraqlı mövzular ətrafında çıxış ediblər.

Ənənəvi musiqi mədəniyyətinin ekologiyasından, müasir musiqi və cəmiyyətin kəsişmə nöqtələrindən, musiqi və cəmiyyət probleminin sinxronik və diaxronik aspektlərindən, Azərbaycan populyar musiqisinin tədrisi problemlərindən danışan ekspertlər, həmçinin mövzularla bağlı auditoriyanı maraqlandıran sualları cavablandırıblar.

Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatoru olduğu seminarda ADMİU-nun tələbələri və tarzən İsmayıl Zülfüqarov “Şur” muğamı - “Tar boogie” kompozisiyasını təqdim ediblər.

# 2660 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər