Musiqili Teatrın mono-tamaşası beynəlxalq festivalda mükafatlandırıldı

Musiqili Teatrın mono-tamaşası beynəlxalq festivalda mükafatlandırıldı
1 iyun 2023
# 17:00

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov Rusiyanın Lobnya şəhərində keçirilən XXVII “Rus klassikası” Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib.

Kulis.az xəbər verir ki, Əməkdar artist sözügedən festivalda "Utancaq qız" mono-tamaşasındakı mükəmməl aktyor oyununa görə diploma layiq görülüb.

Xatırladaq ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin eyniadlı fantastik povesti əsasında hazırlanan bu əsərin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Festivalda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, İran və digər ölkələrinin teatr kollektivlərinin də tamaşaları nümayiş olunub.

Qeyd edək ki, səfərdən yenicə qayıdan aktyor bu gün saat 21:00-da da "Utancaq qız"la daha bir beynəlxalq layihədə iştirak edəcək.

O, "Onlife" adlı Rəqəmsal Beynəlxalq Teatr Festivalına "Zoom" proqramı vasitəsilə qatılacaq. Bu təqdimatdan sonra səhnə əsəri layihənin münsiflər heyəti və iştirakçılarının onlayn müzakirəsinə veriləcək.


# 2598 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər