Musiqili Teatrda Qurtuluş Günü qeyd olunub

Musiqili Teatrda Qurtuluş Günü qeyd olunub
16 iyun 2023
# 18:30

İyunun 15-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə, eyni zamanda Milli Qurtuluş Gününün 30-cu ildönümünə həsr olunmuş tamaşa nümayiş olunub.

Kulis.az xəbər verir ki, musiqili-tarixi esse kimi təqdim olunan bu tamaşada Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru teatrın baş dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri teatrın baş xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri teatrın baş baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Tədbirdə teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak ediblər.

Qeyd edək ki, bu tamaşa “Heydər Əliyev İli” çərçivəsində teatrın hazırladığı silsilə tədbirlərin davamı kimi iyunun 19-da saat 19:00-da Gəncə Dövlət Filarmoniyasında da göstəriləcək.

# 1955 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər