Məşhur musiqi platforması "Spotify" sentyabr ayından etibarən bəzi sənətçi profillərinə "Süni İntellekt Personası" nişanı əlavə edəcəyini elan edib.
Kulis.az xəbər verir ki, bu addım sayəsində dinləyicilər sənətçinin musiqisinin süni intellekt vasitəsilə ərsəyə gətirildiyini daha rahat fərqləndirə biləcəklər.
Real musiqiçilərin və sənətçilərin əsərlərinə daha çox görünürlük qazandırmaq məqsədilə "Süni İntellekt Personası" statusu alan profillər "Spotify"ın redaksiya və alqoritmik tövsiyə siyahılarından çıxarılacaq.
Sənətçilərə öz profillərini könüllü olaraq bu statusda təqdim etmək imkanı yaradılacaq, həmçinin platforma özü də araşdırmalar apararaq istifadəçi bildirişlərini dəyərləndirəcək.
Bu qərar musiqi sənayesində süni intellekt tərəfindən yaradılan aşağı keyfiyyətli və saxta dinlənmə sayları toplayan kontentin kəskin artması fonunda verilib.
İyun ayında Fransanın "Deezer" platforması gündəlik yeni yüklənən musiqilərin yarısından çoxunun süni intellekt tərəfindən yaradıldığını açıqlamışdı.
"Spotify" isə son 12 ay ərzində bu tipli 75 milyona yaxın parçanın platformadan silindiyini bildirib.
Musiqi plartformasından yeni qərar – Süni intellektlə bağlı
Oxşar xəbərlər
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə
17:08
9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi
16:51
9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq
15:45
9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər
14:37
9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb
14:30
9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi
12:30
9 noyabr 2026