“Musiqi məbədi Şuşa” kitabının təqdimatı oldu

“Musiqi məbədi Şuşa”  kitabının təqdimatı oldu
29 dekabr 2025
# 14:00

“İrsimizin Tətbiqi və Təbliği” İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa musiqidə” ədəbi-bədii tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə ithaf edilən "Musiqi məbədi Şuşa" adlı kitabının təqdimatına həsr olunub.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəfis şəkildə işıq üzü görən kitabın müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızıdır.

Tədbirdə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib və Şuşaya həsr olunmuş videoçarx nümayiş edilib.

“Musiqi məbədi Şuşa” kitabında Qafqazın Konservatoriyası, poeziya və musiqi beşiyi olan müqəddəs Şuşamızın musiqi həyatından, burada boya-başa çatan sənətkarlardan, bəstəkarlarımızın Şuşaya həsr aid musiqi əsərlərindən söhbət açılır. Kitabın ərsəyə gəlməsində Əməkdar jurnalist, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevin rolu böyükdür. Məhz Vasif müəllimin fikirlərinə, tövsiyələrinə istinad edilərək, Səadət Təhmirazqızı Şuşa mövzusuna müraciət edib, gözəl nəfis tərtibatda kitab ərsəyə gətirib. Kitabın rəyçiləri sənətşünaslıq üzrə elmlər doktoru, dosent, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Leyla Zöhrabova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva, Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi Fidan Nəsirova-Əhmədovadır.

“Musiqi məbədi Şuşa” kitabı - “Şuşanın musiqi mədəniyyətinə bir nəzər”, “Şuşa musiqidə”, “Şuşa xalq musiqisində”, “Şuşa professional musiqidə”, “Şuşalı musiqiçilər”, “Şuşada musiqi müjdələri”, “Şuşada tanınmış ziyalılara minnətdarlıq hissi ilə” bölmələrindən ibarətdir.

Tədbirdə “Musiqi məbədi Şuşa” kitabı haqqında” sənətşünaslıq üzrə elmlər doktoru, dosent, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Leyla Zöhrabova kitabın məziyyətlərindən danışıb.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva isə müəllifə minnətdarlığını bildirərək, kitabın musiqi ictimaiyyəti üçün böyük töhfə olduğunu vurğulayıb, yeni nəşrin Şuşada da təqdimatının keçirilməsini tövsiyə edib.

Digər çıxışçılar da nəfis tərtibatda nəşr olunan kitab haqqında öz fikirlərini bölüşüblər.

Kitabda nəşr olunan mahnıların bəziləri tədbirdə səsləndirilib.

# 1089 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər