"Mumla! Maşında çırparam səni!" - Qadın sürücülərin zorakılığı

"Mumla! Maşında çırparam səni!" - Qadın sürücülərin zorakılığı
26 iyun 2025
# 10:05

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Son model xarici avtomobilin qadın sürücüsü, arxa oturacaqdakı ağlayan uşağa barmağını silkələyir, "Mumla! Maşında çırparam səni!". Qadın sürücüdə kişisayağı zorakılıq potensialı və həvəsi var.

Sürücüsü havalı gənc kişidir, maşın bahalı, pencərəni açıb hamıya eşitdirdiyi mahnı, "Ay mamacan" ( ədalətsiz dünyada ədalət axtaran kriminal avtoritet anasına şikayət edir).

İnsanların maddi imkanı artır, mədəniyyət həmin nisbətdə artmır.

Kahin kimi vizyoner olan ispan filosof Ortega Y Gasset 100 il əvvəl "Kütlənin yüksəlişi" əsərində narahatlıq ifadə edirdi. Yazırdı ki, kütlələrin satınalma imkanı artıqca dünya kütləvi insanın davranışına əsasən formalaşacaq.

Bir təfədən "yaşıl enerji" deyə dənizdəki ən kiçik su axınının, qurudakı hava axınının qarşısını kəsib su və hava dövranının olmayacağı dünya yaradırlar.

Digər tərəfdən orta statistik insan AI alətlərindən öz dünyagörüşünə uyğun istifadə edir: tutaq ki, Kim Jong Un podyumda model kimi gəzir, yaxud Angela Merkel qanadlanıb uçur.

Ya da jurnalist nənədən və ya babadan sual soruşub, hikmət eşidir.

"Ay baba, dost qardaşdan irəlidir səncə?"

Baba da dəhşətli sirrin üstünü açır,

"Yaxşı dost elə qardaş deməkdir".

(Adətən belə möhtəşəm fəlsəfi sonluğa dramatik mahnı əlavə olunur)

AI alətlərinin istifadəsi artıq bütün data mərkəzlərində istifadə olunan enerjinin 10%-inə qarşılıq gəlir. 2028-də bu nisbət 30% olacaq.

Kriptovalyuta və AI alətlərinin istifadəsi artıqca, enerjiyə tələb də artacaq.

40 dəqiqəlik videoda 8 dəfə "ozon.ru" reklamı çıxır.

Ozon, Trendyol, Amazon, Alibaba, Temu-bu istehlak tempinin qarşısında "yaşıl enerji", "təkrar emal", "dayanıqlı inkişaf", "ekoloji təmiz" ifadələri beynəlxalq təşkilatların pul silmək üçün uydurduqları şəhər əfsanələridir.

Bir ədəd köynəyin istehsalı zamanı ən azı 3 ton su kirlənir.

# 2058 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər