“Müharibə iştirakçılarının maarifləndirilməsinə dəstək” layihəsinə start verildi

“Müharibə iştirakçılarının maarifləndirilməsinə dəstək” layihəsinə start verildi
20 aprel 2023
# 14:00

Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Təfəkkür Gənclər Assosiasiyasının təşkilatçılığı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB, Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyinin tərəfdaşlığı ilə “Müharibə iştirakçılarının maarifləndirilməsinə dəstək” layihəsinə start verilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Təfəkkür Gənclər Assosiasiyasından verilən məlumata görə, gənclər təşkilatı olaraq, Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda canını fəda etmiş şəhid ailələrinə, qazilərə və müharibədə xüsusi şücaət göstərmiş hərbçilərə dövlət dəstəyini əsas tutaraq layihənin məqsəd və istiqamətləri təyin edilib.

Altı aylıq layihə çərçivəsində Bakı şəhərində, Ağdam, Bərdə və Tərtlər rayonlarında qeyd olunan kateqoriyadan olan şəxslər və ailələri ilə görüşlər keçiriləcək. Görüş zamanı müharibədə şəhid olan şəxslərin ailələri, qazi və hərbçi olmuş şəxslərə dövlətin göstərdiyi diqqət və qayğı təbliğ olunacaq. Eləcə də onlara yönəlik dövlətin sosial siyasəti və bu sahədə mövcud olan qanunvericiliklə bağlı maarifləndirmə işləri həyata keçiriləcək.

Həmçinin, layihənin məqsəd və işıqlandırdığı işləri ümumi təsvir edən film hazırlanır və yaxın müddətdə təqdimatının keçirilməsi planlaşdırılır.

# 1954 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər