Müğənni Güllünün ölümü ilə bağlı saxlanılan qızı həbs edildi

Müğənni Güllünün ölümü ilə bağlı saxlanılan qızı həbs edildi
13 dekabr 2025
# 10:15

Türkiyənin tanınmış müğənnisi Güllünün ölümü ilə bağlı aparılan istintaq çərçivəsində “yaxın qohumu əvvəlcədən planlaşdıraraq qəsdən öldürmə” maddəsi ilə saxlanılan qızı Tuğyan Ülkem Gülter barəsində həbs qətimkan tədbiri seçilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, İstanbulda 9 dekabr tarixində “qəsdən adam öldürmə” ittihamı ilə saxlanılan Sultan Nur Ulu 12 dekabrda Yalova Polis İdarəsində verdiyi ifadədə Tuğyan Ülkem Gülterin anası Güllünü pəncərədən itələdiyini iddia edib.

Bundan sonra prokurorluq Tuğyan Ülkem Gülteri “yaxın qohumu planlı şəkildə qəsdən öldürmə” maddəsi ilə məhkəməyə təqdim edib və məhkəmə onun “qəsdən adam öldürmə” ittihamı ilə həbsinə qərar verib.

İş üzrə saxlanılan Sultan Nur Ulu barəsində isə ev dustaqlığı şəklində adli nəzarət tədbiri seçilib. O, polis nəzarəti altında Yalova şəhərindəki yaşayış ünvanına aparılıb.

İstintaq çərçivəsində saxlanılan Arif Ulu və daha iki nəfər isə prokurorluqdakı ifadələrindən sonra azadlığa buraxılıb.

Qeyd edək ki, Güllü sentyabrın 26-da Yalova şəhərinin Çınarcık rayonundakı evinin balkonundan yıxılaraq ölüb.

# 1527 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər