Müğənni Dəniz Əsədova axtarışa verildi

Müğənni Dəniz Əsədova axtarışa verildi
10 fevral 2025
# 16:58

Müğənni Dəniz Əsədova yenidən axtarışa verilib.

Kulis.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərarı qəbul edib.

Belə ki, müğənni Dəniz Əsədova təqsirləndirilən şəxs olduğu cinayət işi üzrə bu gün saat 15:30 tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak etməyib və məhkəmədən yayınıb.

Dəniz Əsədovanın məhkəmədən yayınmasına görə onun barəsində axtarış elan edilməsi ilə bağlı Vəkil Asim Abbasovun vəsatəti təmin edilib.

Məhkəmənin qərarı ilə Dəniz Əsədovanın barəsində axtarış elan edilib.

Əlavə olaraq bildirilir ki, bundan əvvəl də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Dəniz Əsədovanın barəsində axtarış elan edilmişdi.

Məlumata görə, Dəniz Əsədova daha əvvəl də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və vətəndaşları böhtan atdığı üçün digər maddələrlə məhkum edilib.

Hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında Dəniz Əsədovanın təqsirləndirlən şəxs olduğu 4 ayrı-ayrı cinayət işi var. Lent. az

# 2720 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər