Müğənni Arzuxanımın qanında narkotik aşkarlanıb - Polisdən açıqlama

Müğənni Arzuxanımın qanında narkotik aşkarlanıb - Polisdən açıqlama
21 iyun 2025
# 12:24

Müğənni Arzuxanım Həsənova bir il əvvəl həbs edilibmiş.

Kulis.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan “Bizimləsən” verilişində danışıb.

Müğənni efirdə əsassız yerə həbs edildiyini iddia edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Lent.az-a açıqlamasında Arzuxanım Həsənovanın narkotik ittihamı ilə həbs olunmasına aydınlıq gətirib.

O, həmçinin müğəninin efirdə səsləndirdiyi iddiaları da əsassız adlandırıb:

“Polis kimisə əsassız saxlayıb fikrini səsləndirərkən diqqətli olmaq lazımdır. Çünki hər bir şəxs barəsində prosessual icraat uçota götürülür. Orada haqqında danışılan xanım narkotiklərin istifadəsi ilə bağlı Xətai rayon Polis İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında saxlanılıb. Faktla bağlı müvafiq ekspertiza təyin olunub və onun qanında psixotrop maddə olan metamfetamin aşkar edilib.

Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, Arzuxanım Həsənova barəsində 15 sutkalıq inzibati tənbeh tədbiri onun ictiami mövqeyi və ailə vəziyyəti nəzərə alınmaqla 5 gün müddəti ilə əvəzlənib”.

Elşad Hacıyev xüsusi qeyd edib ki, tanınmış şəxslər hansısa mövzudan danışarkən diqqətli olmalıdırlar: “Polis əməkdaşları heç kimin sifarişini icra etmir. Müvafiq materiallar qanunvericiliklə toplanmış sənədlərdə, məhkəmə arxivlərində var və sənədlərdə təhqiqatı aparan şəxsin də imzası mövcuddur”.

# 3155 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər