Mübariz İbrahimovun ən böyük "səhvi"

Mübariz İbrahimovun ən böyük "səhvi"
7 fevral 2024
# 15:00

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Kulis.az Ülvi Bahadırın onun haqqında yazısını təqdim edir.

44 günlük müharibə…

Bu ifadə bizə necə də doğmadır.

Atamız, anamız qədər doğma…

Müharibəni təkcə fiziki mənada qavrayanlar şəksiz ki, yanılırlar.

Müharibə böyük ölçüdə mənəvi məsələdir.

Əsgərlərimiz təkcə torpaqlarımızı qaytarmadılar. Onlar həm də bizim qürurumuzu, ürəyimizin döyüntülərini qaytardılar.

Heç bir müharibə lapdan qazanılmır.

Onun bir kökü, özəyi olur, əlbət.

44 günlük müharibənin memarlarından biri isə şəksiz ki, əfsanəvi Mübariz İbrahimovdur.

Müstəqillik dövrü tariximiz mənə görə iki yerə bölünür: Mübariz İbrahimovdan əvvəl və Mübariz İbrahimovdan sonra.


Mübariz İbrahimova qədər elə bil vətənpərvərlik hissimizin alovu da öləziyirdi.

Mübariz Z nəslindəki milli ironiyanı milli şərəfə çevirdi.

Deyir, filankəsin dili varsa, dilçəyi də var. Mübariz bizim "dilçəy"imiz oldu.

O, hər şeyi dəyişdi, bizi tərbiyə elədi.

Bayraq bizim üçün daha da böyük dəyərə çevrildi.

Əvvəllər mümkünsüz görünən şeylər o qədər adiləşdi ki, bizə gəldi ki, bunu hamımız eləyə bilərik.

Ancaq əlbət, zamanla anladıq qəhrəmanlığın mahiyyətini…

Bəziləri anlayıb daha da sevindi, o müqəddəs yolun yolçusuna çevrildi, bəziləri də geri çəkildi, bildi bu yolun fədakarların, seçilmişlərin yolu olduğunu.

Bəli, Mübariz İbrahimov II Qarabağ müharibəsinin memarıdır.

Mübariz İbrahimovun ən böyük “səhv”i bu gün bizimlə olmaması, onun nəfəsindən güc alıb Şuşanı, Ağdamı – Qarabağı azad eləyən oğullarımızı bağrına basmamasıdır.

Ancaq qəhrəmanlar ölsə də, ideyalar, fikirlər həmişə yaşayacaq.

Bu gün onun - əfsanəvi Mübariz İbrahimovun doğum günüdür.

Bu doğuluş Ağdamın doğuluşudur!..

Bu doğuluş Şuşanın doğuluşudur!..

Bu doğuluş Xocalının, Xankəndinin doğuluşudur!..

Barıt qoxulu yolların doğuluşu!..

# 13337 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər