“Müasir Audiovizual Baxış” mükafatı təqdim olundu

"Müasir Audiovizual Baxış" mükafatı

"Müasir Audiovizual Baxış" mükafatı

27 yanvar 2022
# 12:52

Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftənin şənbə və bazar günləri AVTO FM-də (107.7) yayımlanan “AzerNyuMedia” şirkətinin “Cinema Radio” kino-radio kanalının III ənənəvi “Müasir Audiovizual Baxış” mükafatının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, təqdimetmə mərasimi “Cinema Plus” Kinoteatrlar Şəbəkəsinin “Gənclik Mall”da yerləşən kinoteatrında Azman Holdinqin dəstəyi ilə təşkil edilib. Tədbirin aparıcısı, tanınmış aktyor Emin Nəsirli kino, radio, kanal və onun mükafatı haqqında məlumat verib.

Mərasimdə çıxış edənlər Mədəniyyət Nazirliyinin sektor müdiri Rüfət Əliyev, “PMG Group” şirkətinin rəhbəri Cavid Nemətzadə, Azərbaycan Respublikası Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət xadimi Cəmil Quliyev “Cinema Radio” kino-radio kanalının formatı, onun əhəmiyyətindən danışıblar.

“Cinema Radio” kino-radio kanalının rəhbəri “AzerNyuMedia” şirkətinin icraçı direktoru Kamran Qasımov və kanalın aparıcısı DJ Yaqut bu ilki mükafatın sahibini elan ediblər. Mükafat 2021-ci ilin audiovizual yekunlarına əsasən aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim olunub. Mərasimdə Respublikanın Əməkdar artisti Xəyyam Mustafazadə “Nizami” və “Odlar yurdu” filmlərindən canlı soundtracklar ifa edib.

# 2946 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər