Moskvada Varisin yeni romanı çap olundu

Moskvada Varisin yeni romanı çap olundu
9 dekabr 2024
# 18:15

Azərbaycan yazıçısı Varisin “Gecə reysinə bilet” adlı yeni romanı Moskvada “İSP” nəşriyyatında 5000 tirajla işıq üzü görüb.

Kulis.az xəbər verir ki, roman “Müasirlər və klassiklər” adlanan ən nüfuzlu vintaj seriyada nəşr edilib.

Kitabın rəyçisi Beynəlxalq Slavyan Maarifçiliyi Kiril-Mefodiy Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Momontovdur. Baş redaktoru Marina Şunina, buraxılış redaktoru Darina Nikonovna, redaktoru Olqa Orlovadır. Layihənin prodüseri Yelena Kuvşinovadır. Romanı rus dilinə Sabina Samidxan çevirib.

“Gecə reysinə bilet” romanı həyatın dibinə düşmüş bir gəncə sonradan örnək olan və onun xilasına çevrilən bir ömür yolundan – XX əsr SSRİ-nin və Azərbaycanın görkəmli dövlət xadimi Musa Əliyevin həyat və fəaliyyətindən bəhs edir. Bu fəaliyyətdə həm Azərbaycanda neft daşları epopeyasının banisi olmaq, ilk dəfə respublikanın zəngin faydalı qazıntı yataqlarının xəritəsini hazırlamaq, Səməd Vurğun və Mirzə İbrahimov kimi şöhrətli yazarları Stalin repressiyasından xilas etmək, həm İkinci Dünya müharibəsində Moskvanın müdafiəsinin, neft üzrə kadrların yetişməsinin əsas fiqurlarından birinə çevrilməklə faşizm üzərində Qələbəyə misilsiz töhfələr vermək, həm Əlcəzairdə Saxara neft yataqlarını kəşf etməklə Əlcəzair xalqına rifah, sərvət bəxş etmək və daha nələr, nələr dayanır. Həqiqətən, milyonların örnək götürəcəyi bir ömür yoludur Musa Əliyevin ömür yolu.

Kitabın ölkəmizdə nəşri 2025-ci ildə planlaşdırılır.

# 2250 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər