Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi
20 aprel 2024
# 16:00

Moskva Dövlət Şərq Muzeyində 20-ci əsrin əvvəllərinin azərbaycanlı sənayeçisi və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, gecəni Şərq Muzeyinin direktoru, tarix elmləri doktoru Aleksandr Sedov açaraq qeyd edib ki, bəşər tarixində himayədarlıq və xeyriyyəçilik həmişə nəcib əməl kimi qiymətləndirilib. "Hər bir xalqda belə insanların əməlləri sonrakı nəsillərə örnək olur. Bu gün biz belə bir insanı - 100 il əvvəl dünyasını dəyişmiş Zeynalabdin Tağıyevi xatırlayırıq”, - deyə A.Sedov bildirib.

Kardioloq, tibb elmləri doktoru, professor Mehman Məmmədov azərbaycanlıların yaddaşında dərin iz qoymuş Hacı Zeynalablin Tağıyevin xeyriyyəçilik fəaliyyətindən danışıb. O, Tağıyevin çoxşaxəli xeyriyyəçilik və maarifçilik fəaliyyəti ilə tanındığını vurğulayıb. Bildirib ki, Tağıyev perspektivli tələbələrin Avropanın nüfuzlu universitetlərində təhsilini maliyyələşdirib. "Onlardan bəziləri Şərqdə ilk demokratik respublikanın, Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcısı oldular".

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Zaur Paşayev çıxışında tədbirin təşkilatçılarına səfir Polad Bülbüloğlunun təşəkkür sözlərini çatdırıb. Diplomat qeyd edib ki, Hacı Zeynalabdin Tağıyevin xatirəsi Azərbaycanda ehtiramla anılır. Prezident İlham Əliyevin sərəncamı ilə Bakıda xeyriyyəçinin abidəsi qoyulub. “Bu gün Azərbaycanda Tağıyevin xeyriyyəçilik fəaliyyətinin layiqli davamçısı Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondudur. Fondun əsas fəaliyyəti insanlara yardım etmək, Azərbaycan tarixini və mədəniyyətini təbliğ etməkdir”, -deyə Z. Paşayev vurğulayıb.

Şərq Muzeyinin direktor müavini İlya Zaitsev Hacı Zeynalabdin Tağıyevin Rusiya imperiyasındakı rolundan danışıb. “Tağıyev Rusiya İmperiyasının inkişafına təsir edən şəxs olub . O, təkcə azərbaycanlıların, müsəlmanların deyil, digər millətlərin və dinlərin nümayəndələrinin də qayğısına qalırdı. Zeynalabdin Tağıyev müxtəlif xalqların nümayəndələrinə təhsil almaq imkanı verib. Xüsusən də onun fəaliyyəti Şimali Qafqaz xalqlarının maariflənməsinə yönəlmişdi”, - deyə İ.Zaitsev qeyd edib.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, general Balakişi Ərəblinskinin nəslindən olan professor Andrey Ərəblinski, jurnalist Azər Cahangirov, Moskva Linqvistik Universitetinin ilahiyyat kafedrasının dosenti Dimitri Safonov və başqaları çıxış ediblər.

Tədbir çərçivəsində professor Mehman Məmmədovun Bakı milyonçusunun həyat və yaradıcılığına həsr olunmuş “Əbədi nəciblik” kitabının təqdimatı da keçirilib.

APA

# 2072 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər