Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verildi

Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verildi
4 may 2026
# 15:02

Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) nəzdində fəaliyyət göstərən “Şuşa” Azərbaycan Musiqi Mərkəzi Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc azərbaycanlı musiqi ifaçılarının müsabiqəsinə ərizələrin qəbulunun başlandığını elan edib.

Kulis.az xəbər verir ki, müsabiqə vokal, instrumental ifaçılıq və Azərbaycan rəqsi də daxil olmaqla bir neçə kateqoriya üzrə gənc ifaçılar üçün açıqdır.

İştirakçılar xalq mahnılarını, Azərbaycan bəstəkarlarının əsərlərini, instrumental kompozisiyaları və rəqs proqramlarını təxminən bir dəqiqəlik video formatında təqdim etməyə dəvət olunurlar.

Ərizələr 15 may tarixinə qədər qəbul ediləcək və [email protected] ünvanına göndəriləcək. İştirakçının adı və soyadını, təhsil müəssisəsini, əsərin müəllifini və ya rəqsin adını, eləcə də əlaqə telefon nömrəsini qeyd etmək tələb olunur.

Müsabiqədən sonra 24 may 2026-cı il tarixində Moskvadakı RAGB Gənclər Mərkəzində qaliblərin iştirakı ilə bayram konserti keçiriləcək.

# 1056 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər