“Mortal Kombat 2” filminin çəkilişlərinə başlanıldı

“Mortal Kombat 2” filminin çəkilişlərinə başlanıldı
24 iyun 2023
# 13:30

Məşhur video oyununda kinoya uyğunlaşdırılmış “Mortal Kombat” filminin davamının çəkilişlərinə başlanılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, filmin prodüseri Todd Qarner ilk filmdəki səhvlərinin bu dəfə düzəldiləcəyini bildirib.

“Mortal Kombat” video oyunu 1990-cı illərdə çəkilən iki filmdən sonra 2021-ci ildə yenidən gündəmə gəlib.

İlk "Mortal Kombat" filminin prodüseri Todd Qarner tviterdə Avstraliyada davam filminin çəkilişlərinə başladığını elan edib.

Qarner tvitində "Biz başlayırıq! Yeni filmin çəkilişlərinə başlayacağım üçün həyəcanlıyam. Bu dəfə sizi dinlədik. Səhvlərimizdən dərs aldıq və ən yaxşısını etməyə qərarlıyıq. Hər kəsin fikrinə hörmət edirəm və dəstəkləyirəm, amma həddindən artıq kobud şərhlər olsa, sizi bloklayacağam", -deyə qeyd edib.

Qeyd edək ki, amerikalı aktyor Lüis Tan ssenari müəllifi Ceremi Sleyter, rejissoru Saymon Makkuoid olan "Mortal Kombat 2" filmində baş rolda çəkiləcək.

Filmin premyera tarixi hələ açıqlanmayıb.

# 1920 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər