Mirzə Cəlilin Tbilisidəki barelyefində “Azərbaycanın” yazısı silindi - Səfirlik məsələni nəzarətə götürdü

Mirzə Cəlilin Tbilisidəki barelyefində “Azərbaycanın” yazısı silindi  - Səfirlik məsələni nəzarətə götürdü
24 oktyabr 2025
# 18:36

Tbilisinin Besiki küçəsi 24 ünvanında yerləşən Azərbaycanın görkəmli ədibi Cəlil Məmmədquluzadənin ev-muzeyinin yerləşdiyi binanın fasadındakı xatirə lövhəsi vandalizm hərəkətinə məruz qalıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, barelyefdəki kiril qrafikasında olan "Azərbaycanın" yazısının üzəri ağ markerlə cızılıb və yazı oxunmaz hala gətirilib.

Ev-muzeyinə ictimai nəzarət həyata keçirən Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov fakt barəsində məlumatlı olmadığını deyib.

Məsələ barədə Azərbaycanın Gürcüstandakı səfirliyi də məlumatlandırılıb. Səfirlikdən bildirilib ki, məsələ nəzarətə götürülüb və barelyefdəki yazıya yetirilmiş zərərin aradan qaldırılması təmin olunacaq.

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi 1998-ci ilin oktyabrında açılıb. Son illərdə yerləşdiyi bina qəzalı olduğundan muzey fəaliyyət göstərmir. Ötən il Azərbaycan tərəfinin və Tbilisi meriyasının dəstəyi ilə tikilinin özül və əsas divarlarının bərkidilməsi işləri aparılıb. Muzeyə aid iki otaqda da divarbərkitmə işləri həyata keçirilib. Növbəti mərhələdə muzeyin bərpası nəzərdə tutulub.

# 2240 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər