Mirşahin Ağayev: "Yığışdırın bu düşük boşboğazlığı!”

Mirşahin Ağayev:  "Yığışdırın bu düşük boşboğazlığı!”
2 aprel 2025
# 18:02

"Bu zir-zibil “tv”lərin xalqımızı hər gün təhqir etməsinə susan dırnaqiçi “ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!"

Kulis.az xəbər verir ki, bu fikirləri Real TV-nin baş direktoru Mirşahin Ağayev öz sosial şəbəkə hesabında yazıb:

“Bilən də, bilməyən də, başı çıxan da, çıxmayan da bir insanı gözümüzün qabağında mənəvi terrora məruz qoymaqdadır! Hamısı cəsarətli çıxıb! Belə həssassınızsa, dəyər qədri bilənsinizsə, hər gün milləti təhqir edən antigigiyenik Sevinc Osmanqızı, Tural Sadiqlı, Qənimət Zahid, Məhəmməd Mirzəli, soyadını unutduğum Qabil, Manaf və s. kimi əsl ictimai məzəmmətə, linçə layiq olan zir-zibil topasının üzərinə gedin! Niyə susurdunuz? Niyə susursunuz? Cəsarətiniz varsa, onlarla vuruşun! Onları linç edin! Bu zir-zibil “tv”lərin xalqımızı hər gün təhqir etməsinə susan dırnaqiçi “ziyalılar”, özünüzü dırnaq içindən çıxarın! O yazıq qızı da rahat buraxın! Yığışdırın bu düşük boşboğazlığı!”.

Qeyd edək ki, bir neçə gün öncə “Kanal S”in aparıcısı Nigar Fərhadın efirdə işlətdiyi “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” fikri ciddi müzakirələrə səbəb olub. Audiovizual Şuranın qərarı ilə 2 aprel tarixindən onun aparıcısı olduğu “Sözün bitdiyi an” verilişi bağlanıb.

# 3323 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər