Mingəçevirdə kino günləri yekunlaşıb

Mingəçevirdə kino günləri yekunlaşıb
26 may 2025
# 16:30

22-24 may tarixlərində Mingəçevir şəhərində Azərbaycan Kinematoqrafçılar İttifaqının “Bölgələrdə kino günləri” layihəsi çərçivəsində “Mingəçevirdə kino günləri” adlı film nümayişləri həyata keçirilib.

Kulis.az xəbər verir ki, üç gün ərzində şəhərin Heydər Əliyev Mərkəzində, Üzeyir Hacıbəyov adına 11 illik Musiqi məktəbində, Mingəçevir Dövlət Dram Teatrı və Mingəçevir Şəhər Xalq Yaradıcılıq Klubunda baş tutan “Mİngəçevir Kino Günləri”ndə yerli sakinlərə Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, Aydın Arslanın “Aktyor”, Əli-Səttar Quliyevin “Olimpia” tammetrajlı bədii filmləri, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Ruslan Ağazadənin “Balaca”, Orxan Ağazadənin “Oturacaqlar”, Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii və Pərviz Həsənovun “Uşaqlıq fotosu” sənədli filmləri təqdim olunub.

Qeyd edək ki, ənənəyə uyğun olaraq nümayişlərdən sonra filmlər tamaşaçılar tərəfindən müzakirə edilib, “Uşaqlıq fotosu” filminin rejissoru Pərviz Həsənov, “Aktyor” filmində baş rolun ifaçısı Səmimi Fərhad tamaşaçıların suallarını cavablandırıblar.

# 1748 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər