Milli Xalça Muzeyində yeni təqdimat keçirildi

Milli Xalça Muzeyində yeni təqdimat keçirildi
29 mart 2022
# 18:20

Bu gün Milli Xalça Muzeyində “Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsinin təqdimat mərasimi baş tutub.

APA-nın xəbərinə görə, layihənin mentoru, sənətşünas Cahangir Səlimxanov çıxışında qeyd edib ki, “Mədəni üfüqlər” müəllifin proqramına daxil olan 6 layihədən biridir.

“Bu layihə adında da qeyd olunduğu kimi, yeni üfüqlər açacaq. “Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsi Almaniya Xarici İşlər Nazirliyinin Mədəniyyət və Təhsil Təşkilatlarına Beynəlxalq Yardım Fondu, Goethe İnstitutu və digər tərəfdaşların maliyyələşdirdiyi, mədəniyyət və incəsənət xadimləri üçün nəzərdə tutulan “Mədəni üfüqlər” adlı təhsil proqramı çərçivəsində həyata keçirilir”, - qeyd edib.

Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova xalçanın muzey kolleksiyasının ən dəyərli eksponatlarından biri olduğunu deyib.

Direktor bildirib ki, videoda xalçanın həyatı nəfs şəkildə canlanır: “Biz istəyirdik ki, musiqi ilə birlikdə mistik bir video yaradaq. Düşünürəm ki, maraqlı bir layihə alındı. Seçimlər zamanı mən ilk olaraq bu xalçanı seçdim. Çünki bu xalçanın çox maraqlı tarixi var. Bu qiymətli xalça on səkkizinci əsrə aiddir. Uzun müddət erməni kolleksiyaçılardan birinin kolleksiyasında saxlanılan xalça on beş ildən artıq bir müddətdə İtaliyada saxlanılıb. Artıq bu xalça bizim muzeyimizdədir".

Layihənin kuratoru Könül Rəfiyeva bildirib ki, layihə innovativ təqdimat üsullarının sərgi məkanına tətbiqi nümunəsidir: “Bu layihə bizim üçün böyük əhəmiyyətə malikdir. Biz artıq bir ildən çoxdur ki, Cahangir müəllimlə Azərbaycan muzeylərində innovativ yanaşma üzərində işləyirik. Bu gün layihə üçün Qarabağ xalçasının seçilməsi təsadüfi deyil. Qarabağ xalçaları öz ad-sanı ilə məşhurdur. Bu layihənin davamı olacaq".

Sonra XVIII əsrə aid unikal Qarabağ xalçasının videoinstalyasiyası nümayiş etdirilib.

Qeyd edək ki, qrafik-dizayner Timur Əmirxanovun vizuallaşdırdığı videoinstalyasiya elektron musiqi prodüseri və tar ifaçısı İbrahim Babayevin “vİBrant” adlı yeni albomuna daxil olan “Muğam+” bəstəsi ilə müşayiət edilir.

# 2306 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər