Milli Teatr Günü münasibətilə virtual sərgi təqdim edildi

Milli Teatr Günü münasibətilə virtual sərgi təqdim edildi
11 mart 2024
# 13:30

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 10 Mart - Milli Teatr Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi təqdim edib.

Kulis.az xəbər verir ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə xalqımızın böyük mədəni nailiyyəti olan peşəkar milli teatrın yaranması və inkişafı mərhələləri haqqında məlumatlar, Ümummilli Lider Heydər Əliyevin teatr sənəti haqqında söylədiyi dəyərli fikirlər, Azərbaycan peşəkar milli teatr gününün qeyd edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamın mətni təqdim olunur.

Virtual kitab sərgisində Azərbaycanda fəaliyyət göstərən teatrlar haqqında məlumat verilir, korifey sənətkarların və teatr tamaşalarının foto və videogörüntüləri yer alır. İcmalda “Heydər Əliyev: Sənət, sənətkarlar və sənətkarlıq haqqında”, “Teatr, zaman və məkan”, “Azərbaycan teatrının estetik prinsipləri”, “Ərəblinski teatrı”, “Dahiliyin sehri”, “Azərbaycan teatr antologiyası”, “Azərbaycan teatr tarixi” kimi 30-dan çox kitabın biblioqrafik təsviri və annotasiyası təqdim edilir.

Gənclər Kitabxanasında "Milli Teatr Günü" adlı ənənəvi kitab sərgisi də təşkil olunub. Burada Azərbaycan teatr sənətinin tarixindən, görkəmli nümayəndələri-korifey sənətkarların həyat və yaradıcılığından bəhs edilən kitablar, dərsliklər, kitabxana əməkdaşları tərəfindən Milli Teatr Günü ilə əlaqədar hazırlanan biblioqrafik icmal sərgilənir.

Qeyd edək ki, Milli Teatr Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

# 2195 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər