Milli Tеatr Günü münasibətilə sərgi açıldı

Milli Tеatr Günü münasibətilə sərgi açıldı
10 mart 2026
# 14:40

Milli Kitabxanada Azərbaycanda milli teatrın yaranmasının 153-ci ildönümü ilə əlaqədar “10 Mart - Milli Tеatr Günü” adlı virtual və ənənəvi kitab sərgisi, “Azərbaycan Milli teatrı” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, sərgilərdə rəsmi sənədlər, Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi yolu, təşəkkülü, inkişaf tarixi, peşəkar milli teatrının yaradılması, əsas yaradıcılıq mərhələləri, bədii-estetik səciyyələri, poetikasının əsasları, janr üslub müxtəlifliyi, elmi-nəzəri prinsipləri, Teatr ensiklopediyaları, Teatr antologiyaları, ayrı-ayrı şəhərlərimizdəki sənət ocaqlarının fəaliyyəti və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövrü mətbuatda çap olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə linkindən istifadə edə bilərlər.

“Azərbaycan Milli Teatrı” adlı elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Azərbaycan teatrının tarixi”, “Heydər Əliyev və Azərbaycan teatrı”, “Milli teatr”, “Teatr haqqında fikirlər”, “Azərbaycan teatrları”, “Nəşrlər” bölmələrində tammətnli resurslar onlayn istifadəçilərə təqdim edilir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

# 1182 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər