Milli Tarix Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açıldı

Milli Tarix Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açıldı
2 iyul 2026
# 15:10

Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisinin açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutub. Layihənin məqsədi Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, türk xalqlarının ortaq elmi-mədəni irsini və türkologiya elminin inkişaf mərhələlərini geniş ictimaiyyətə təqdim etməkdir.

Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, Birinci Türkoloji Qurultay Türk dünyasının elm və mədəniyyət tarixində dönüş nöqtəsi olmaqla yanaşı, türk xalqlarının tarixi, dili, ədəbiyyatı, əlifbası, terminologiyası, toponimikası, etnoqrafiyası və digər sahələr üzrə fundamental məsələlərin elmi əsaslarla araşdırılmasına, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm zəmin yaradıb.

Alim qeyd edib ki, yüz il əvvəl Qurultay iştirakçılarının irəli sürdükləri ideyaların yalnız həmin dövr üçün deyil, bu gün də Türk dünyasının mədəni inteqrasiyasının əsas istiqamətlərindən biri olduğu daha aydın görünür. Onun sözlərinə görə, əlifba və orfoqrafiya, terminologiya, tədris və metodika, ortaq ədəbiyyat kimi mühüm məsələlər üzrə qəbul edilən qərarlar və irəli sürülən təkliflər bu gün də öz aktuallığını qoruyur.

Çıxışlardan sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərginin ekspozisiyasında türk xalqlarının ortaq mədəni kökləri, XIX–XX əsrlərdə əlifba islahatları, Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti, Yeni Türk Əlifbası hərəkatı, 1926-cı il Birinci Türkoloji Qurultayı, 1937–1938-ci illərin repressiyaları, eləcə də müstəqillik dövründə Türk dünyasının yenidən inteqrasiyası kimi mühüm tarixi mövzular əksini tapıb.

Qeyd edək ki, ekspozisiyada Milli Azərbaycan Tarixi Muzeyinin və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin fondlarında qorunan nadir sənədlər, Qurultayın rəsmi protokolları və hesabatları, dövri mətbuat nümunələri, həmçinin professor Ədalət Tahirzadənin şəxsi kolleksiyasından fotoşəkillər və digər qiymətli tarixi materiallar nümayiş etdirilir.

# 773 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər