Milli Kitabxananın təqdimatında: “Əfzələddin Xaqani Şirvani” elektron məlumat bazası

Milli Kitabxananın təqdimatında:  “Əfzələddin Xaqani Şirvani” elektron məlumat bazası
13 avqust 2026
# 16:10

Milli Kitabxanada “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib.

Kitabxanadan kulis.az-a bildirilib ki, məlumat bazasında böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında ölkə başçısının Sərəncamı, “Əfzələddin Xaqani Şirvani”, “Tarixləşən ömür”, “Şair haqqında nəşrlər”, “Yaradıcılıq nümunələri”, “Xaqani yaradıcılığı və ədəbi irsi”, “Şirvani irsi dünya universitet kitabxanalarında”, “Xaqani Şirvani haqqında fikirlər”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Xaqani rəsmlərdə” və “Videoqalereya” bölmələri yer alıb.

Elektron məlumat bazasında Xaqani Şirvaninin müxtəlif illərdə nəşr olunmuş əsərləri və onların tam mətnli elektron versiyaları, şair haqqında yazılmış monoqrafiyalar, elmi məqalələr, dissertasiyalar, dövri mətbuat materialları, foto və videomateriallar sistemli şəkildə toplanıb.

Məlumat bazası geniş oxucu auditoriyası, tədqiqatçılar, müəllimlər, tələbələr və Xaqani Şirvaninin zəngin irsi ilə maraqlanan hər kəs üçün etibarlı informasiya mənbəyi olmaqla yanaşı, klassik Azərbaycan ədəbi irsinin təbliği və öyrənilməsinə mühüm töhfə verir.

# 789 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər