Milli Kitabxanada 20 Yanvar şəhidlərinin xatirəsi anıldı

Milli Kitabxanada 20 Yanvar şəhidlərinin xatirəsi anıldı
18 yanvar 2024
# 15:40

Yanvarın 18-də Azərbaycan Milli Kitabxanasında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində 20 Yanvar gününün xalqımızın yaddaşında həm hüzn, həm də qürur günü olduğu qeyd edilib. 20 Yanvar şəhidlərinin xatirəsinin xalqımız tərəfindən hər zaman yad olunduğu bildirilib.

Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “20 Yanvar – Qan yaddaşımızdır” adlı elektron məlumat bazası və “20 Yanvar Ümumxalq hüzn və qürur günüdür” adlı ənənəvi kitab sərgisi təqdim olunub.

Sərgidə yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələri əks etdirən kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunub.

# 1764 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər