Milli Dirçəliş Günü münasibətilə virtual kitab sərgisi hazırlandı

Milli Dirçəliş Günü münasibətilə virtual kitab sərgisi hazırlandı
16 noyabr 2024
# 14:05

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “17 Noyabr - Milli Dirçəliş Günü” adlı ənənəvi virtual kitab sərgisi təşkil edilib.

Kulis.az xəbər verir ki, kitabxananın rəsmi saytında yerləşdirilən (https://ryl.az/multimedia/dircelis-gunu) virtual sərgidə Milli Dirçəliş Gününün tarixinə nəzər salınır, o illərin xronologiyası bir daha canlandırılır. Həmin mürəkkəb, gərgin dövrlərdə xalqın Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşməsi, onu xilaskar kimi özünə lider seçməsi geniş, tarixi faktlar və görüntülərlə işıqlandırılır.

Hazırlanan materialda Azərbaycan xalqının azadlıq, ərazi bütövlüyü uğrunda əzmkar mübarizəsinin təntənəli nəticəsi - şanlı Zəfər tarixinin Qələbə sevincinin görüntüləri də yer alır. Virtual kitab sərgisində “Heydər Əliyev - Müstəqilliyimiz əbədidir”, “Tariximizin Heydər Əliyev zirvəsi”, “Qurtuluşdan başlanan tərəqqi”, “Meydan: 4 il, 4 ay”, “Xalq və dövlət naminə” kimi kitabların qısa annotasiyası, “Dirçəlişdən Zəfərə aparan yol”, “17 Noyabr - Milli Dirçəliş Günüdür”, “Milli dirçəlişin başlanğıcı”, “Xalqımızın istiqlal mücadiləsi” kimi qəzet məqalələrinin görüntüləri təqdim edilir.

Bundan əlavə, Milli Dirçəliş Günü ilə əlaqədar kitabxanada 40-a yaxın kitab və qəzet nümunələrini cəmləyən “17 Noyabr - Milli Dirçəliş Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilib.

# 2032 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər