Mikayıl Müşfiqin Xatirə Muzeyi yararsız halda

Mikayıl Müşfiqin Xatirə Muzeyi yararsız halda
23 aprel 2025
# 17:30

Bir neçə gün əvvəl yağan yağışlardan sonra Mikayıl Müşfiqin Xızıda yerləşən xatirə muzeyi yararsız hala düşüb.

APA xəbər verir ki, bunu şairin əmisi nəvəsi Reyhan İsmayılzadə bildirib.

O qeyd edib ki, xatirə muzeyi bir otaqdan ibarətdir, eksponatları yığmaq üçün yer yoxdur.

Məsələ ilə bağlı mədəniyyət nazirinin qəbulunda olduğunu qeyd edən Reyhan İsmayılzadəyə muzeydə təmir-bərpa işlərinin aparılacağı bildirilib.

Reyhan İsmayılzadənin sözlərinə görə, bir neçə gün əvvəl sel yenidən həyətdəki körpünü aparıb.

O, şairin qohumu olaraq işçi kimi orda işləməyi təklif edib.

Sözügedən məsələ ilə bağlı Abşeron-Xızı Regional Mədəniyyət İdarəsindən APA-ya bildirilib ki, 2023-cü ildə körpü bir dəfə də dağılıb: “Biz onu bərpa etdik. Bu dəfə körpünü və həyətdəki oturacaqları da dağıdıb. Binada və abidədə heç bir təhlükə yoxdur, sadəcə körpü dağılıb. Biz nə çatmırsa, yazıb Mədəniyyət Nazirliyinə vermişik, onlar da gəlib hələ körpü dağılmamışdan əvvəl ölçü götürüblər. Onların qərarlarını gözləyirik”.

Qeyd edək ki, Mikayıl Müşfiqin Xatirə Muzeyi 1988-ci ildə Müşfiqin 80 illik yubileyindən sonra Xızının Sayadlar kəndində yaradılıb.

Direktor İlhamə Hüseynova APA-ya açıqlamasında Mikayıl Müşfiqin Xatirə Muzeyinin fəaliyyətini dayandırdığını bildirib.

# 2578 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər