"Meyxana tarixdən qovulmuş xalqın folklorudur" - Aqşin Yenisey

"Meyxana tarixdən qovulmuş xalqın folklorudur" - Aqşin Yenisey
11 avqust 2024
# 11:27

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Xalqımızın öz qələbəsindən tarix deyil, tale yaratmağa meyilli olmasının səbəbi də bankrot olmuş folklorik-filoloji ənənələrdən qopa bilməməsindən irəli gəlir.

Folklor tarixin tale (bayatı) şəklində qorunub saxlanılmasıdır. Xalqlar bu işi filologiya, yəni dil və ədəbiyyat vasitəsilə həyata keçirirlər.

Sünni iqtidarlar şiələri islam tarixindən qovduqdan sonra meyxana yarandı. Meyxana tarixdən qovulmuş xalqın folklorudur. Repin də ağların tarixdən qovduğu zəncilərin folkloru olduğunu deməyə ehtiyac yoxdur.

Kosmos əsrində hind filmlərini Azərbaycan xalqına sevdirən də bu filmlərdə tarixin deyil, talenin nümayiş olunmasıydı.

Ciminin vurağan taleyi ilə hind xalqı öz tarixindən qisas alırdı.

Azadlıq uğrunda mübarizədə dalbadal uğursuzluğa düçar olduqda xalq özü-özünü yox etməyə başlayır. Bu milli istəkdən analar pessimist ruhlu şairlər doğurlar. Şairlər bu milli özünəqəsdin poeziyasını, ədəbiyyatını yaradırlar.

Beləliklə, xalq öz dili, öz ədəbiyyatı vasitəsilə gerçəkliklə vidalaşır. Elm buna assimilyasiya deyir. Tarixi qidalandıran ictimai mənafe gözdən düşür, taleni yağ-bal içində saxlayan şəxsi mənafe önə çıxır.

Xalq yaşaya bilmədiyi tarixindən yaşaya bildiyi tale yaradaraq assimilyasiya olur.

Fikir verin, dünyanın bütün folklorik-filoloji kültür daşıyıcısı olaraq qalan ölkələri milli sifətlərini inzibati yollarla qorumağa çalışırlar.

Anlamırlar ki, elitada keyfiyyət dəyişikliyi baş vermədən çağdan-çağa sağ-salamat keçmək mümkün deyildir.

# 2388 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər