Metyu Perrinin həkimini 40 il həbs gözləyir - Səbəb

Metyu Perrinin həkimini 40 il həbs gözləyir - Səbəb
17 iyun 2025
# 12:41

“Friends” serialında Çandler Binq rolu ilə məşhurlaşan Metyu Perri oktyabrın 28-də Malibudakı evində ölü tapılıb. 54 yaşlı aktyorun "ketaminin kəskin təsirindən" öldüyü bildirilir. Perrinin bədənində tapılan anestezik ketamini necə əldə etməsi ilə bağlı araşdırma başlayıb.

Kulis.az xəbər verir ki, ölümü ilə bağlı 5 nəfər, o cümlədən iki həkim və aktyorun şəxsi köməkçisi həbs edilib.

Sənətçinin ölümü ilə bağlı həbs olunan həkimlərdən biri 4 ittihamla üz-üzədir. Həkim Salvador Plasensia ölümcül dozada ketamin vermək ittihamını boynuna alacağı təqdirdə onu 40 ilə qədər həbs cəzası gözləyir.

O, tibbi səbəb olmadan ölümündən bir neçə həftə əvvəl aktyora ketamin verdiyini etiraf edib.

Ötən il yayılan sənədlərdə bildirilir ki, Salvador başqa bir həkimə bunları yazıb:

“Görəsən, bu axmaq nə qədər ödəyəcək... Gəlin öyrənək”.

İddialara görə, həkim istintaq zamanı aktyora ketamin yazdığını göstərmək üçün saxta “müalicə planı” yaradaraq izlərini gizlətməyə çalışıb.

# 1728 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər