Mətbuat Şurasının sədri Nurşən Quliyevi yubileyi münasibətilə təbrik etdi

Mətbuat Şurasının sədri Nurşən Quliyevi yubileyi münasibətilə təbrik etdi
24 fevral 2024
# 15:15

Mətbuat Şurasının sədri Rəşad Məcid “APA Media Group”un baş direktoru Nurşən Quliyevi 50 illik yubileyi münasibətilə təbrik edib.

Kulis.az xəbər verir ki, təbrikdə deyilir:

"Nurşən Quliyev təvazökarlığı, prinsipiallığı, daim peşə təəssübünü çəkməsi ilə jurnalistikaya dəyər qazandıran, bu keyfiyyətləri ilə dostları, yaxınları arasında yüksək hörmətə layiq jurnalistdir.

Yubilyar həm də jurnalistikanı vətənpərvərliklə vəhdətdə tutmaq bacarığı ilə fərqlənir. Əlamətdar haldır ki, onun 50 illiyi Xankəndinin, sözün əsl mənasında, Azərbaycana çevrildiyi bir vaxta təsadüf edir. Elə bilirəm, bu, Nurşən Quliyevin həyatının əlamətdar gününə ən gözəl hədiyyədir. Arzu edirəm ki, dostları, həmkarları Nurşənin növbəti yubileylərini doğulub boya-başa çatdığı Xankəndidə, Malıbəylidə keçirsinlər. Dəyərli həmkarımıza möhkəm can sağlığı, bol-bol uğurlar və müvəffəqiyyətlər arzulayıram. Ürəkdən təbriklər!”.

Qeyd edək ki bu gün “APA Media Group”un baş direktoru Nurşən Quliyevin 50 yaşı tamam olur.

# 2751 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər