"Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol" - Ahmet Hamdi Tanpınardan sitatlar

"Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol"  - Ahmet Hamdi Tanpınardan sitatlar
23 iyun 2026
# 18:17

Bu gün tanınmış türkiyəli şair, romançı Ahmet Hamdi Tanpınarın doğum günüdür.

Kulis. az onun əsərlərindən sitatları təqdim edir.

Alqış istəyən fitə də dözər.

Haqlı olmaq və haqlı olduğunu bilmək bir insanı bir ordunun içində belə güclü edə bilər.

Milliyyət dediyimiz şey – bir dil, milli həyata nüfuz etmiş formaları ilə bir din və əxlaq, başda memarlıq olmaqla bir çox sənət əsəri və tarix xatirəsidir.

Əxlaqın fövqünə çıxmaq mümkün deyil.

Yarımçıq bilməkdənsə, heç bilməməyin hər zaman daha yaxşı olduğunu öyrəndim.

Bu günlə dünən arasındakı ən böyük fərq mütləqlik (mütləq həqiqət) ideyasının sarsılmasıdır.

Dildəki dəyişikliklər çox vaxt ən yaxın nəsilləri bir-birindən təcrid etmişdir.

Mənafelər istiqamətini dəyişərsə, məntiq də dəyişər.

Bizə lazım olan köynək dəyişmək (zahirən dəyişmək) deyil, daxilən dəyişməkdir.

Təcrübə bir nəfərin deyil, bütün sivilizasiyanındır.

Dövrümüz – vəzifə və məsuliyyət hissi dövrüdür.

Zəkanın digər adı dildir.

Zəif cəhətlərimizi sevən bizi həqiqətən sevər; üstünlüklərimizi onsuz da hər kəs qəbul edir.

Ədəbiyyat milli olduğu dərəcədə beynəlxalq dəyər qazanır.

Alicənablıq alver mövzusu olacaq bir məsələ deyil.

Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol.

İnsan düşüncəsi keçmişlə gələcək arasında fəaliyyət göstərir.

Keçmişi olmayan bir indiki zaman təsəvvür edilə bilər, lakin keçmişsiz bir gələcək ideyası qeyri-mümkündür.

Gənclərimizin bir çox çatışmazlığı ümumi mədəniyyət səviyyəsinin aşağı olmasından qaynaqlanır.

Müasir həyat ölüm düşüncəsindən uzaqlaşmağı buyurur.

Hər kəs öz zamanının şüuru ilə doğulur.

Bir ehtiras nə qədər məsum olsa da, yenə də təhlükəli bir şeydir.

Səbirlə görülən hər bir işin dadı ancaq səbirlə çıxarıla bilər.

Heç bir millət öz böyük şairini başqa bir millətin köməyi ilə tanımamışdır.

Mən şairdə bircə şeyi – sözü işlətmək tərzini, dilə və misraya verdiyi formanı axtararam.

Ən faydalı dərman belə, bəzən xəstəni öldürür.

Millət – kökü tarixdə olan bir varlıqdır.

Həqiqi vətənpərvərlik – cəmiyyəti öz reallığı daxilində görməkdir.

Ən çox xətaya yol verənlər – özlərindən gücləri çatmayacaq şeyləri tələb edənlər və özlərini olduqları kimi qəbul etməyənlərdir.

Hər an eyni yüksəklikdə uçmaq olmaz. Hər an kamil insan olmaq çətindir. Amma hər an köksümüzün içində bir qartal bəsləməliyik.

# 990 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər