Məşhur yazıçı kitablarına qoyulan qadağadan danışdı

Marqaret Etvud

Marqaret Etvud

15 mart 2023
# 12:30

Kanadalı yazıçı Marqaret Etvud “Qulluqçusunun hekayəsi” və onun davamı olan “Əhdlər” adlı kitablarına ABŞ kitabxanalarında qadağa qoyulmasına münasibət bildirib.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, 83 yaşlı yazıçı “The Guardian” qəzetinə müsahibə verərkən bildirib ki, bu qadağa ştat hakimiyyətinin öz gücünü göstərməsi ilə bağlıdır:

"Biz hansı əsrdə yaşayırıq? Bu, güc nümayişidir. Qubernator Glenn Youngkin açıq şəkildə deyir: "Biz burada nəzarət edirik, tələbələr və kitabxanaçılar üçün həyatı acınacaqlı edəcəyik". Amma əslində onlar övladlarının savadlı və uğurlu olmasını istəmirlər, çünki kitabxana və onun içindəki kitabxanaçı uşağın gələcək uğurunda mühüm amillərdir. Virciniyada valideynlər "Xidmtçinin hekayəsini" qəbuledilməz hesab edirlər. Guya bu "uşaqları təhlükəli ideologiya ilə ruhlandırır". Ancaq qəbuledilməz sayılan tək mən deyildim. Toni Morrison və Stiven Kinq də qadağan edilib. Bəlkə kitablarımızda çoxlu seks var? Elə isə “İncil”in də üstündən xətt çəkməlidirlər. Orada da çoxlu seks var”.

Qeyd edək ki, Etvud bundan əvvəl də hücuma məruz qalıb yaralanan yazıçı Salman Rüşdinin müdafiəsi üçün çıxış edərək Rüşdini həmişə söz azadlıq uğrunda mübarizə aparan yazıçı adlandırmışdı.

# 2600 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər