Məşhur “Ueyd nəğməsi”nin sirri açıldı - XII əsrdə yazılmış cəngavərlik balladası imiş

Məşhur “Ueyd nəğməsi”nin sirri açıldı - XII əsrdə yazılmış cəngavərlik balladası imiş
16 iyul 2025
# 11:54

Kembric alimləri məşhur “Ueyd nəğməsi”nin səhv təfsir olunduğunu aşkar ediblər.

Kulis.az xəbər verir ki, Kembric Universitetinin mütəxəssisləri məşhur orta əsr İngiltərə epik əsəri sayılan "Ueyd nəğməsi"nin uzun illər boyunca tamamilə yanlış təfsir edildiyini açıqlayıblar.

Tədqiqatçılar bu əsərin əfsanəvi canavarlar və elflərlə dolu fantaziya deyil, əslində, XII əsrdə yazılmış cəngavərlik balladası olduğunu müəyyən ediblər.

Kembric Universitetinin mütəxəssisi Sebastian Falkın sözlərinə görə, əsərdəki “elf” sözünün “canavar” kimi tərcümə olunması, əsərin janrını və mənasını kökündən dəyişir. Falk bildirib ki, əsərin kökündə əngavərlərin rəqabətindən bəhs edən romantik bir hekayə dayanır və bu, indiyədək olan elmi yanaşmalara ziddir.

Alimlərə görə, Ueyd İngiltərə və Şimali Avropa folklorunda tanınan, nəhəng və su pərisinin oğlu, həmçinin məşhur tanrı-dəmirçi Velundun atası kimi tanınan mifoloji obrazlardan biridir.

1896-cı ildə ingilis tarixçisi Montəgyu Ceyms Kembric Universiteti kitabxanasında "Ueyd nəğməsi"ndən kiçik bir fraqment aşkar etmiş və bu hissədə “elf”, “su ruhları”, “ilanlar” kimi obrazlar yer aldığından əsər uzun müddət fantaziya janrında qəbul edilmişdi.

Lakin yeni araşdırmalar göstərib ki, həmin fraqment dini moizəyə aid olub və kütlənin diqqətini çəkmək məqsədilə o dövrün populyar qəhrəmanına — Ueydə istinad edilib.

Falk qeyd edib ki, bu, kütləvi mədəniyyətin kilsə nitqlərinə daxil edilməsinin ilk nümunələrindən biridir.

# 1484 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər