Məşhur türk aktyor Milli Dram Teatrının dəvəti ilə Bakıya gəlir

Məşhur türk aktyor Milli Dram Teatrının dəvəti ilə Bakıya gəlir
2 mart 2026
# 18:00

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 10 mart - Milli Teatr Günü münasibətilə təntənəli tədbir keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbirdə mədəniyyət xadimləri, teatrın əməkdaşlıq haqqında memorandum imzaladığı türkdilli ölkələrin milli teatrlarının rəhbərləri, eləcə də Azərbaycanın paytaxt və bölgə teatrlarının rəhbərliyi və əməkdaşları iştirak edəcək.

Belə ki, Akademik Milli Dram Teatrının dəvəti ilə Azərbaycan əsilli məşhur aktyor, Türkiyənin Dövlət Teatrları Baş Müdirliyi İdarəsinin rəhbəri Tamer Qaradağlı, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının direktoru Ayşəgül İşsevər, Özbəkistan Milli Akademik Dram Teatrının direktoru, Özbəkistan və Tacikistanın Xalq artisti Yodqar Saqdıyev, Qazaxıstan Dövlət Akademik Milli Dram Teatrının direktoru Erkin Juasbek, Xalq artisti Cahangir Novruzov tədbirin fəxri qonaqları arasında olacaq.

Qeyd edək ki, təntənəli tədbirdən sonra Mədəniyyət Nazirliyinin “Zəfərdən qələmə” pyes müsabiqəsinin qalibi yazıçı Pərviz Seyidlinin Əmir Teymurun həyatı və döyüş yoluna həsr olunan, milli kimlik və milli özünüdərk ideyasına söykənən “Ləng: zamanla yarışan insan” tamaşasının premyerası da olacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğludur.

# 1319 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər