Məşhur teleaparıcı və əri evlərində güllələndi

Məşhur teleaparıcı və əri evlərində güllələndi
16 iyul 2025
# 18:05

ABŞ-da məşhur aparıcı Robin Kay və əri Tomas Deluka Los-Ancelesdəki evlərində güllələnərək öldürülüblər.

Kulis.az xəbər verir ki, polisə zəng daxil olub, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər. Baxış zamanı müəyyən edilib ki, evə basqın edildiyini göstərən əlamətlər yoxdur.

İstintaq zamanı videomüşahidə kameralarına baxış keçirilib, şahidlər və yaxınları dindirilib.

Los-Anceles polisi videoçəkilişlər və sifətin tanınması texnologiyasından istifadə etməklə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 22 yaşlı Raymond Budarianı saxlayıb. O, qətldə şübhəli bilinərək evində həbs edilib. Rəsmi məlumatlara görə, şübhəlinin dosyesində bir sıra zorakılıq cinayətləri olub, lakin bu işlərdə ittihamlar götürülüb.

Polis hesab edir ki, cütlük evdə olmadığı zaman Budarian onların mənzilinə girib. Daha sonra o, oğurluq edib və cütlüyü öldürmək üçün qayıdıb. Cinayət zamanı onlar müxtəlif otaqlarda olublar və onlara bir neçə dəfə atəş açılıb. Daha sonra şübhəli piyada qaçıb.

Hazırda araşdırmalar davam etdirilir. Lent.az

Məşhur teleaparıcı və əri  evlərində GÜLLƏLƏNDİ

# 1976 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər