Məşhur tablo 75 ildir tərs sərgilənir

Məşhur tablo 75 ildir tərs sərgilənir
1 noyabr 2022
# 11:20

Hollandiyalı abstrakt rəssam Piet Mondrianın “ New York City I” əsərinin 75 ildir ki, rəsm qalereyalarında səhv asıldığı məlum olub.

Kulis.az xəbər verir ki, sənət tarixçisi əsərin tərs asıldığını və bütün bu illər ərzində səhv nümayiş etdirildiyini ortaya çıxarıb. Buna baxmayaraq rəsmə zərər verməmək üçün onun asılma üsulu düzəldilməyib.

Qırmızı, sarı, qara və mavi yapışan lentlərdən ibarət olan 1941-ci ildə çəkilmiş “New York City I” adlı rəsm ilk dəfə 1945-ci ildə Nyu Yorkdakı MoMA-da, 1980-ci ildən isə Düsseldorfda nümayiş etdirilib. Rəsmin səhv asıldığına dair sübutlar çoxdur. Ona baxdıqda Parisdəki Centre Pompidou-da nümayiş etdirilən Nyu-York şəhərinin eyniadlı və eyni ölçülü yağlı boya tablosunun yuxarı hissəsində xətlərin qalınlaşdırıldığı görünür. Həmçinin Mondrianın emalatxanasının rəssamın ölümündən bir neçə gün sonra çəkilmiş və 1944-cü ilin iyununda Amerikanın “Taun and Country” adlı həyat tərzi jurnalında dərc edilmiş fotoşəkili, Meyer-Büserin dediyi kimi, dəzgahın üstündə oturmuş eyni tablonu göstərir. Əsərdəki səhvin bir səbəbi də Mondrianın əvvəlki əsərlərinin əksəriyyətindən fərqli olaraq, onun “Nyu York City I”da imzasının olmamasıdır.

# 2939 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər