Məşhur rok qrupunun yaradıcısı vəfat etdi

Məşhur rok qrupunun yaradıcısı vəfat etdi
3 aprel 2023
# 12:40

"Gentle Giant" yaradıcısı multiinstrumentalist Rey Şulman 73 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə NME məlumat yayıb.

"Kiçik qardaşım və ən yaxın dostum Rey Şulmanın Londondakı evində vəfat etməsi xəbəri məni dərindən kədərləndirdi", - deyə musiqiçinin qardaşı və qrup yoldaşı Derek Şulman qeyd edib.

Rey və Derek Şulman iki qardaş 1960-cı illərin əvvəllərində birlikdə "The Howling Wolves"adlı qrup yaradıblar.

Üçüncü qardaş, Fil isə əvvəlcə komandanın qeyri-rəsmi menecer, daha sonra onun bir hissəsi olub. Qısa müddət ərzində f'əaliyyət göstərən qrup əsrin əvvəllərində dağılıb.

Bundan sonra Şulmanlar musiqinin sərhədlərini genişləndirmək məqsədi daşıyan prog-rok üslubunda "Gentle Giant"ı yaradıblar. Qrupun öz adını daşıyan debüt albomu 1970-ci ildə buraxılıb və sonrakı onillikdə daha 10 albom çıxıb.

1980-ci ildə "Gentle Giant"ın dağılmasından sonra Rey Şulman prodüser kimi fəaliyyətinə davam edib, "The Sugarcubes", "The Sundays"və "The Defects" kimi qruplarla əməkdaşlıq edib.

Рэй Шульман

# 2219 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər